Hər bir protokol seçicilərin ümumi sayı, səsvermə vəsiqəsi alanlar, verilən və istifadə olunmuş bülletenlər, etibarlı və etibarsız səslər kimi 17 məqamı əhatə edir.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

100.2-ci maddə bu məlumatların hamısının obyektiv və ekspress yoxlama üçün tam və dəqiq qeyd edilməsini tələb edir.

Səhv və ya nəqis qeydlər protokolun etibarsız sayılmasına səbəb ola bilər.