Hərbi hissələrin ərazisində seçkiqabağı təşviqat aparılması ümumi qaydada qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Namizədlərin hərbi qulluqda olan seçicilərlə görüşləri yalnız komandir və seçki komissiyasının razılığı ilə mümkündür.

Belə görüşlər zamanı digər namizədlərin dəvət edilməsi və müşahidə imkanı təmin olunmalıdır.