Seçicilərin təşkilati işlərdə iştirakına görə səsvermə nəticəsindən asılı mükafat və ya onun vədi verilməsi qanunsuzdur.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

88.4.2-ci maddə bu cür təzyiqə və ya təsir göstərməyə qəti qadağa qoyur.

Belə hallar seçki komissiyaları tərəfindən araşdırılır və lazımi halda məhkəməyə yönəldilir.