Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nın direktoru Fəda Abbasov vəzifəsindən azad edilib.Heftelik.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.
Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC 2018-ci ildə yaradılıb və nizamnamə kapitalı 5 000 manatdır.

