“Qarabağ”a qarşı matçda diqqətli olmaq lazımdır.
Heftelik.az Report-a istinadən xəbər verir ki, bu barədə “Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liasının Liqa mərhələsində “Qarabağ”a qarşı matçdan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis “Qarabağ”ı UEFA Çempionlar Lqiasının sürpriz komandası adlandırıb:
“Atalanta” üzərində qələbə bizə yaxşı cavablar verdi, “Qarabağ”a diqqətli olmaq lazımdır. Oyunun 95 dəqiqə davam etdiyini nəzərə alaraq qiymətləndirmələr aparacağam. Biz düzgün enerji ilə gəlirik. Düşünürəm ki, şənbə günü baş tutan oyun yaxşı cavablar verdi. “Atalanta”ya qarşı asan deyildi, lakin əla çıxış etdik. İndi enerjimizi bərpa edib oyuna hazırlaşırıq. “Qarabağ”ın UEFA Çempionlar Liqasında sürpriz komanda olduğunu düşünürəm: 7 xalı var, “Çelsi” ilə (2:2) heç-heçə edib. “Benfika” və “Kopenhageni” isə məğlub edib. “Qarabağ” yüksək tempdə oynayacaq, biz çox diqqətlə və yüksək enerji ilə çıxış etməliyik”.
