“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2018-ci ildə rəhbərlik etdiyi Azərbaycan yığmasının Millətlər Liqasının 6-cı turunda Kosovoya 0:4 uduzaraq liderliyi əldən verməsi barədə danışıb. 

Heftelik.az  xəbər verir ki, Qurban Qurbanov “Sportinfo Tv”yə müsahibəsində həmin vaxt milli daxilində münasibətlərin yaxşı olmadığı barədə yayılan xəbərləri də təsdiq edib:

“Bir kollektivdə birlik, səmimiyyət yoxdursa, orada uğur ola bilməz. Bəzi məğlubiyyətlər bunun üzərində qurulub. Böyük klublarda bunun şahidi olmuşuq. İstər “Barselona”da olsun, istər “Real”da. Hansı klubun uğursuz dönəmi varsa, bu, futbolçu ilə məşqçi, məşqçi ilə rəhbərlik uyğunsuzluğundan qaynaqlanır.

Mən hansısa detalı deyərək özümü sığortalamaq istəmirəm. Bəli, problemlər olurdu. Onu da deyim ki, səmimiyyətimizdə də çatışmazlıqlar var idi, inamımızda da. Futbolçularımızın o vaxtı az oynadığı dönəmi idi. Zədəlilər var idi və nəticədə məğlub olduq. Demək qismətimiz bu imiş”.