Səlahiyyətli orqan lisenziya və icazə verən orqanlara metodiki rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Lisenziyalar və icazələr haqqında” qanunda əksini tapıb.
Eyni zamanda ölkədə verilmiş lisenziyaların və icazələrin vahid reyestrini aparır. “Lisenziyalar və icazələr” portalının fəaliyyətində iştirak edir və tənzimləyici təsirin təhlilinə qatılır. Lisenziya blanklarının hazırlanması və bölgüsü də orqanın funksiyalarına daxildir.
