Qeydə alınmış namizədlər, partiya və təşviqat qrupları təşviqat məqsədləri üçün yalnız seçki fondundan istifadə edə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

90.4-cü maddə digər mənbələrdən — o cümlədən partiyanın ümumi büdcəsindən — təşviqat üçün vəsait çıxarmağı qadağan edir.

İstisna yalnız partiyanın təşviqatla əlaqəsi olmayan gündəlik fəaliyyətinə aiddir.