Tunellərdə istifadə edilən betonun sıxılmada möhkəmlik sinfi dəmir-beton və çiləmə üsulu ilə vurulan beton növləri üçün fərqləndirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunel tikintisi və istismarı üzrə normativlər”də əksini tapıb.
Yığma dəmir-beton konstruksiyalar üçün beton sinfi B30-dan, monolit geyimlər və sualtı seksiyalar üçün isə B25-dən aşağı olmamalıdır. Portallar və daxili beton elementlər üçün B15 sinfi minimum səviyyə hesab olunur. Betonun sıxlıq və su keçirməzlik göstəriciləri iqlim və hidrogeoloji şəraitə əsasən müəyyən edilir.
