Tunellərin havalandırma sistemlərinin layihələndirilməsi zamanı hava axınlarının düzgün istiqamətlənməsi və zərərli qazların atılması əsas şərtlərdəndir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, havalandırma sistemi istənilən fövqəladə vəziyyətdə tuneldəki havanın keyfiyyətini qorumağa imkan verməlidir. Bundan başqa, ventilyasiya sistemlərinin ehtiyat güc mənbələri ilə təmin olunması tələb olunur. Məqsəd nəqliyyat axınlarının təhlükəsiz və dayanıqlı hərəkətini təmin etməkdir.
