Bakıda şadlıq sarayında meyit tapılıb.

Heftelik.az azerbaycan24.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Bəkir Çobanzadə küçəsində yerləşən “Xarı Bülbül” şadlıq sarayında baş verib.

Oradan Abşeron rayon sakini 1972-ci il təvəllüdlü Ələkbər Xankişi oğlu İsmayılovun üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.