Yeni salınan yola görə “AFEN Plaza”-ya yeraltı qaz sızıb.

Heftelik.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev deyib.

“Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz yoxdur. Binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb”, – deyə Əbülfət Əliyev bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində güclü partlayış baş verib. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.