Bakıda şadlıq sarayında ölüm hadisəsi olub.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bəyaz” sarayda qeydə alınıb.
Gürcüstan vətəndaşı olan 49 yaşlı Dursun Mamedov toy məclisi zamanı oynadığı yerdə qəfil dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
