Hər mərtəbədə ən azı iki təxliyyə çıxışı olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Təxliyyə üçün N2 tipli tüstülənməyən pilləkən qəfəsələri istifadə olunur. Pilləkən qəfəsələri I tip tambur-şlüzlərlə təchiz edilə bilər. 100 m-ə qədər binalarda N1 tip pilləkən qəfəsələrinin tətbiqinə yol verilir.
