Rusiyanın “Böyük səkkizliyə” (G8) qayıtması qətiyyət baş verməməlidir.
Heftelik.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “BBC Radio 4”ə müsahibəsində bildirib.
“Bu, qətiyyən baş verməməlidir. Bunu təsəvvür belə etmək mümkün deyil. Biz əvvəlki kimi davam edə bilmərik…”, – Kallas Rusiyanın G8-ə qaytarılması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, yekun sülh planı Rusiyanın yenidən hücuma keçməsini mümkünsüz etməlidir: “Əgər bunun həmişəlik bitməsini istəyiriksə, Rusiyanın müəyyən güzəştlər etməsinə həqiqətən ehtiyac var”.
Kallas qeyd edib ki, bu yanaşma Rusiyanın beynəlxalq razılaşmalara əməl etməsini və hərbi qüvvələrini azaltmasını nəzərdə tutur.
“Belə ola bilməz ki, sən başqa bir ölkəni işğal edəsən və buna görə heç bir məsuliyyət olmasın”, — Kallas əlavə edib.
Qeyd edək ki, ABŞ-ın Ukrayna üzrə sülh planının ilk versiyasının 28 bəndindən biri Rusiyanın “Böyük səkkizliyə” qaytarılmasını nəzərdə tuturdu. Daha sonra sənəd 19 bəndə qədər qısaldılın. Bu bəndin siyahıda qalıb-qalmadığı hələlik məlum deyil.
