Seçki komissiyasında qeydə alınmamış namizəd və ya partiya fondun xərclənməmiş hissəsini ianəçilərə qaytarmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
90.5-ci maddə bu qaytarılmanın ianənin məbləğinə proporsional olaraq aparılmasını tələb edir.
Əgər bu prosedur həyata keçirilməzsə, pul dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.
