Tunellərdə təxliyə yollarının və çıxış qapılarının yerləşməsi xüsusi təhlükəsizlik normalarına əsaslanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.

Hər 250 metrdən bir fövqəladə çıxış qapısının olması tələbi qoyulub. Qapılar işıqlandırma və təcili xəbərdarlıq siqnalları ilə təchiz edilməlidir. Bu tədbirlər qəza hallarında insanların tuneldən təhlükəsiz çıxışını təmin etmək məqsədi daşıyır.