Ukraynadan Rusiyaya şok hücum

25 Noyabr 2025, 14:17

Ukrayna Silahlı Qüvvələrinin dronları Taqanroqda təyyarə təmiri və pilotsuz uçuş aparatları istehsal edən zavodu, Nоvоrossiyskdəki “Şeskharis” neft terminalını, Tuapse neft emalı zavodunu və eksperimental A-60 təyyarəsinin yerləşdiyi anqarı vurublar.

Heftelik.az  xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Taqanroqda “TANTK” təyyarə təmir zavodu (zavod A-50 Hava Əməliyyat və İdarəetmə təyyarələri və Tu-95MS strateji bombardmançılarına xidmət göstərir) və “Molniya” dron istehsalı müəssisəsi hücuma məruz qalıb. Obyektlərin ərazisində bir neçə partlayış və iri yanğınlar qeydə alınıb.

İlkin məlumatlara görə, eksperimental A-60 təyyarəsi zədələnib.

Bundan əlavə, Nоvоrossiyskdə neft tankerləri və S-400 raket kompleksinin bir buraxılış qurğusu məhv edilib.