Səlahiyyətli orqan ölkədə verilmiş lisenziyalar və icazələrlə bağlı məlumatları vahid reyestrdə saxlayır.

Heftelik.az-ın məlumatına görə, bu, “Lisenziyalar və icazələr haqqında” qanunda əksini tapıb.

Reyestrdə orqan və sahibkarın məlumatları, lisenziyanın verilmə, müddət və dublikat tarixi əks olunur. Dayandırma, bərpa və ləğv halları inzibati aktlarla qeyd olunur. Vahid reyestr elektron formada aparılır və aylıq məlumatlar səlahiyyətli orqana təqdim edilir.