Aşağı və yuxarı mərtəbələrdə su təzyiqi bərabərləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Soyuq və isti su xətləri mərtəbələrdə kran, süzgəc və təzyiq nizamlayıcıları ilə təmin olunmalıdır. Yüksək yaşayış və ictimai binalarda hesablama su sərfi AzDTN 2.11-3 üzrə qəbul edilir. Bu, bütün sahələrdə kifayət qədər su təchizatını təmin edir.