Şair Nazilə Səfərli Azərbaycanda keçirilən xına məclislərinə xərclənən məbləğləri açıqlayıb.
Heftelik.az Axşam.az-a istinadən xəbər verir ki, şair bu haqda “Öz aramızda” proqramında danışıb.
O bildirib ki, Bakıda 200 minlik xına məclisləri keçirilir:
“200 minə xına məclisi olur. 5 ulduz oteldə stol menyusu 500 manatdırsa, dekor da baha olur. Beşulduzlu hoteldə Şəki Xan Sarayı dekoru qurulmuşdu. Təkcə dekor 52-53 min idi. Tanınmış müğənniləri çağırırlar. Xonçaya elə yarım milyon ödəyən var. Mən hərdən çəkib paylaşıram, dörd-beş brilliant dəst olur”.
Proqramda yer alan müğənni Kərim Abasov isə “Bu yaxınlarda bir toy sifarişi gördüm – Mustafa Sandal, Qazaxıstan, Özbəkistan ifaçıları, Azərbaycan Xalq artistləri var idi. Mustafa 1 saatı üçün 170 min dollar almışdı” sözlərini əlavə edib.
