“Lisenziyalar və icazələr” portalı lisenziya və icazə əməliyyatlarını elektron qaydada təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Lisenziyalar və icazələr haqqında” qanunda əksini tapıb.

Portalda hüquqi akt layihələri və vahid reyestr yerləşdirilir. Lisenziya və icazələrin verilməsi, yenidən rəsmiləşdirilməsi və dayandırılması burada idarə olunur. Portalın fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun aparılır.