Dəhlizlər tüstülənməyən pilləkən qəfəsələri ilə birləşməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Pilləkən marşlarının eni yaşayış binalarında 1,2 m, digər binalarda 1,35 m-dən az olmamalıdır. Aralıq 120 mm-dən, maillik isə 1:1,75-dən çox olmamalıdır. Bu, təxliyyə zamanı insanların təhlükəsizliyini artırır.
