Havalandırma və kondisiyalaşdırma sistemləri zonalara bölünərək layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Bayır havası daxil olan qurğuların temperaturu isti dövrdə hesablama qiymətindən 3–5°C yüksək qəbul edilir. Atriumlar və kütləvi yığışılan sahələr üçün ayrıca kondisiyalaşdırma sistemi tələb olunur. Bütün sistemlər hidrostatik təzyiq və enerji səmərəliliyini nəzərə almalıdır.
