UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə “Napoli”yə qarşı matçda zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib.
Heftelik.az xəbər verir ki, bu barədə Report-a Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məluymat verib.
O, bu gün aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğunu söyləyib.
Qeyd edək ki, “Napoli” ilə oyunda başına top zərbəsi dəyən Kevin Medina huşunu itirib. Həkimlərin müdaxiləsindən sonra futbolçu oynamağa davam etməkdə israr etsə də, bir müddət sonra əvəzlənib.
