Ermənistan parlamentinin sədri Alen Simonyan əlverişli anda Bakıya səfər etməyə hazır olduğunu bildirib.

Heftelik.az APA-ya istinadən  xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.

Alen Simonyan azərbaycanlı həmkarı Sahibə Qafarovanı İrəvana dəvət etməyə də hazırlaşdığını, Azərbaycana səfərlə bağlı təklif olacağı təqdirdə, onu nəzərdən keçirə biləcəyini qeyd edib.