Yeni normativlərə əsasən, tunel geyimləri bütün konturları üzrə qrunta kip birləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunel tikintisi və istismarı üzrə normativlər”də əksini tapıb.
Su basmış ərazilərdə drenaj sistemi olmadıqda hidroizolyasiya mütləq tətbiq olunmalıdır. Tunelin qabaq yamacı 2 metr uzunluğunda üfüqi meydança ilə əhatə edilməli və 1,5 metrlik material qatla örtülməlidir. Portal parapetinin hündürlüyü isə 1,10 metrdən az olmamalıdır.
