Tunellər təhlükəsiz və davamlı istismar üçün yüksək keyfiyyətli materiallarla inşa edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryolu və avtomobil yollarının tunelləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Tunellər istismar müddəti boyunca hərəkətin fasiləsizliyini təmin etməlidir.
Bununla yanaşı, ətraf mühitin mühafizəsi və təhlükəsiz əmək şəraiti önəmlidir.
Xüsusilə, yanğın təhlükəsizliyi və geoloji risklər nəzərə alınaraq layihə tələbləri müəyyənləşdirilir.
