Yeni qaydalara görə, tunellərdə işıqlandırma sistemləri enerji səmərəliliyi və görünmə məsafəsi nəzərə alınmaqla layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.
İşıqlandırma həm avtomobil, həm də piyada hissələrində optimal şərait yaratmalıdır. Fövqəladə vəziyyətlər üçün ayrıca işıq mənbələrinin olması da zəruridir. Bu tələblər tunellərin istismar dövründə qəza risklərini azaltmağa kömək edir.
