Uzunluğu 400 metrdən çox olan avtomobil tunellərində telefon rabitəsi təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları’nda əksini tapıb.
Telefon aparatları hər 180 metrdən bir xüsusi oyuqlarda və ya kameralarda quraşdırılacaq.
İki zolaqlı və əks istiqamətli hərəkət olan tunellərdə telefonlar hər iki tərəfdə yerləşəcək.
Bu, qəza zamanı fövqəladə xidmətlərlə operativ əlaqəni asanlaşdıracaq.
