Son iki ayda bir neçə vəkilin fəaliyyətinə xitam verilib. Bu xitamlar Vəkillər Kollegiyasının iclasında qərara alınıb və ictimaiyyətə açıqlanıb. Lakin onların konkret olaraq, hansı xətaya yol verdikləri isə bəlli deyil.
Heftelik.az xəbər verir ki, Vəkillər Kollegiyasından Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin 11 ayı ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müvafiq intizam icraatları üzrə yol verdikləri ciddi pozuntulara görə 5 nəfər vəkilin fəaliyyəti dayandırılmaqla Kollegiyanın üzvlüyündən xaric olunması qərara alınıb.
“Onlardan 4 nəfəri fiziki və hüquqi şəxslərin müraciətləri əsasında başlanılmış intizam icraatları, 1 nəfəri isə qeyri-dövlət orqnlarından daxil olmuş müraciətlə bağlı olub”.
