Mühafizə olunan dəmiryolu tunellərində birbaşa ikinaqilli telefon rabitəsi olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları’nda əksini tapıb.
Tunellər həm mühafizə otaqları, həm də dispetçer məntəqələri ilə əlaqələndiriləcək.
Mərkəzləşdirilmiş idarəetmə sahələrində qatar dispetçerləri ilə birbaşa telefon əlaqəsi təmin olunacaq.
Bu sistemlər dəmiryolu nəqliyyatının fasiləsiz və təhlükəsiz idarəsini təmin edəcək.
