Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən verdiyi xəbərə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını “BakuBus”a məxsus sərnişin avtobusuna çırpılıb.
Nəticədə, minik maşınında olan bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
