Tunellərin giriş zonasında genişləndirilmiş sahə 20 metrdən az olmamalı və en kəsiyi sahəsi 50 faiz artırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunel tikintisi və istismarı üzrə normativlər”də əksini tapıb.
Təxliyyə keçidlərinin eni minimum 1800 mm, hündürlüyü isə 2200 mm olmalıdır. Kamera və divar oyuqları da standart ölçülərlə tənzimlənib. Dəmiryolu və avtomobil tunellərində bu ölçülər fərqli şəkildə tətbiq edilir.
