Tunellərin içərisində su sızmalarının qarşısının alınması üçün xüsusi drenaj sistemləri nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.
Drenaj boruları, nasos stansiyaları və nəzarət qurğuları sistemin əsas elementləridir. Bu sistemlər tunelin istismar müddətində korroziya və struktur zədələnmələrinin qarşısını alır. Beləliklə, tunellərin uzunömürlülüyü və etibarlılığı artırılır.
