İstilik mübadilə cihazları, nasoslar, boru xətləri və armatur istilik təchizatında hidrostatik və işçi təzyiq nəzərə alınmaqla seçilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Boruların istilikdən uzanmasının kompensasiyası təmin edilməlidir. Kipgəcli kompensatorların istifadəsi qadağandır. İstilik daşıyıcısının maksimum temperaturu polad və mis borularda 95°C, polimer sistemlərdə 90°C-dən artıq olmamalıdır.