Türkiyədə qadın keçmiş ərinin sevgilisi ilə birgə yaşadığı evi yandırıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Kırklareli rayonunun Babaeski qəsəbəsində baş verib.
40 yaşlı Bahar D. keçmiş əri 46 yaşlı C.S. və onun 41 yaşlı sevgilisi Ç.Ç.-nın birgə yaşadığı evi yandırıb. Məlumata görə, qadın gecəyarı evə yaxınlaşaraq, C.S. və Ç.Ç. yatdığı zaman evə od vurub. Nəticədə kişi və sevgilisi xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.
Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, kişini xilas etmək mümkün olmayıb.
Bahar D. isə saxlanılıb və məhkəmə qərarı ilə həbs olunub.

