Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.

Heftelik.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski videomüraciətində bildirib.

Andrey Yermak istefa ərizəsi yazıb.

O, Andrey Yermaka təşəkkür edib.

“Yeni Ofis rəhbərinə gəlincə, sabah bu quruma rəhbərlik edə biləcəklərlə məsləhətləşəcəyəm”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) onun mənzilində axtarış apardığını təsdiqləyib.