Yenə yağış yağacaq

01 Dekabr 2025, 12:08
Dekabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Sabah Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.