35 yaşlı kişi hamamda öldü

02 Dekabr 2025, 11:25

Bakı sakini dəm qazından boğularaq ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Orxan Bayramov yaşadığı Qaraçuxur qəsəbəsindəki evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.