Brüsseldə Avropa İttifaqı qurumlarında korrupsiya, mənimsəmə və digər şübhəli məqamlarla bağlı Belçika polisi tərəfindən aparılan araşdırma çərçivəsində Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq ali nümayəndəsi Federika Moqerini saxlanılıb.
Heftelik.az xəbər verir ki, bu barədə “EURACTIV” məlumat yayıb.
Qeyd edək ki, polis Aİ-nin diplomatik xidmət korpusuna, Avropa Kollecinə və şəxsi evlərdə axtarış aparıb.
Moqerini 2020-ci ildən bəri Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir.
Məqsəd Aİ nəzdində fəaliyyət göstərən orqanlarda mənimsəmə və korrupsiya ilə bağlı araşdırmanın aparılmasıdır.
