Aktyor İlkin Həsəni reper Elşad Xose ilə bağlı qalmaqallı açıqlama verib.

Heftelik.az Milli.az-a istinadən  xəbər verir ki, o, reper haqqında gözlənilməz açıqlaması ilə gündəm yaradıb.

Proqram zamanı ona ünvanlanan “Epi, yoxsa Elşad Xose?” sualına Həsəni heç kimin gözləmədiyi cavabı verib:
“Epi. Çünki Elşad Xose vaxtilə mənim adıma kreditə telefon götürüb və borcunu ödəməyib. Əsgərlikdə olduğum dönəmdə mənə zəng gəldi ki, 2 aydır ödəniş gecikir”, – deyə aktyor bildirib.
Məsələ bununla bitməyib. Elşad Xose həmin podkastdan yayımlanan videonun şərh bölməsində Həsəniyə qarşı kobud və təhqiredici ifadələr yazaraq qalmaqalı daha da alovlandırıb.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və tərəflərin münasibətlərinin necə davam edəcəyi maraq doğurur.