Türkiyədə sabiq futbolçu Gökhan Gönül saxlanılıb.
Heftelik.az-ın “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, İstanbul Polis İdarəsi spekulyasiyalar nəticəsində İstanbul Birjasında bəzi səhmlər üçün süni qiymət formalaşdırıldığını üzə çıxarıb.
İstanbulun 5 rayonunda həyata keçirilən əməliyyat nəticəsində aralarında sabiq futbolçu Gökhan Gönül və illüzyonist Aref Ghafouri da olmaqla, 12 şübhəli saxlanılıb.
