Havalandırma və kondisiyalaşdırma hər yanğın bölməsi üçün ayrı qurğularla təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Avadanlıqların və havaaparıcı xətlərin yerləşdirilməsi enerji səmərəli istifadəni təmin etməlidir. Atrium və kütləvi sahələr üçün ayrıca sistem tələb olunur. Layihələndirmə zamanı daxili mikroiqlim parametrləri nəzərə alınmalıdır.