
Xalq şairi Nəriman Həsənzadənin Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxanadan bildirilib.
Qeyd edilib ki, xəstə xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru icra edilir.
“Onun vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir”, – məlumatda vurğulanıb.
***
saat 11.18
Xalq şairi Nəriman Həsənzadə müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib.
“Reanimasiya şöbəsində dializ olunur. Huşu yerindədir”, – deyə köməkçisi bildirib.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.
