Tunel geyimləri və portalların qalınlığı hesablama ilə müəyyən olunsa da, minimum dəyərlər qanunla tənzimlənib.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunel tikintisi və istismarı üzrə normativlər”də əksini tapıb.
Məsələn, monolit beton divarların qalınlığı 200 mm-dən, dəmir-beton portalların qalınlığı isə 150 mm-dən az ola bilməz. Butbeton konstruksiyalar üçün bu göstərici 500 mm olaraq müəyyən olunub. Çiləmə üsulu ilə vurulan beton geyimlərdə isə minimum 50-100 mm qalınlıq tələb olunur.
