Tunellərdə havalandırma və ventilyasiya sistemləri mütləq təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryolu və avtomobil yollarının tunelləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Ventilyasiya sistemləri nəqliyyat və digər xidmət zonalarında normalaşdırılmış hava parametrlərini təmin edir.
Bu sistemlər həm də yanğın təhlükəsizliyi üçün vacibdir.
Hava mühitinin tənzimlənməsi tunel işçilərinin və sərnişinlərin təhlükəsizliyini artırır.
