1000 metrdən uzun tunellərdə səsgücləndirici xətt və dinamiklər hər 120 metrdən bir yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları’nda əksini tapıb.

Telemüşahidə qurğuları da 300 metrdən bir məsafədə quraşdırılacaq.

Dispetçer məntəqəsinə videoinformasiya göndərən kameralar portal və rampa sahələrində yerləşdiriləcək.

Bu sistemlər tunelin nəzarət və təhlükəsizliyini yüksəldəcək.