Rusiya Avropa ölkələri ilə müharibə etməyə hazırlaşmır.

Heftelik.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Amma əgər Avropa müharibəyə başlasa, Rusiya döyüşməyə bu dəqiqə hazırdır”, – deyə Putin bildirib.

O qeyd edib ki, Avropa Ukrayna üzrə sülh planı ilə bağlı Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür: “Əgər Avropa Rusiya ilə müharibəyə başlasa, yaxın zamanda Moskvanın “danışıqlar aparması üçün adam qalmayacaq”.