Səsvermə belə keçirilir

03 Dekabr 2025, 01:19

Səsvermə günləri 8:00-dan 19:00-a qədər keçirilir və məntəqə komissiyaları seçiciləri əvvəlcədən media və lövhələr vasitəsilə məlumatlandırır.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

104.1 və 104.5-ci maddələr səsvermənin saat 7:50-da məntəqənin açılması, boş qutuların müşahidəçilərə göstərilməsi və saat 8:00-da başlanması prosedurunu tənzimləyir.

Vaxtdan əvvəl bitmə yalnız hamı səs verərsə mümkündür.